Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran istehsalı “Shahed”lərdəki detal İrlandiya hökumətini hərəkətə gətirdi - FOTO

İran istehsalı “Shahed”lərdəki detal İrlandiya hökumətini hərəkətə gətirdi - FOTO

Tarix: 20 Iyul 2023 10:18

İrlandiya iyulun 18-nə keçən gecə Rusiyanın Nikolayevə hücumu üçün istifadə etdiyi "Shahed" kamikadze pilotsuz uçan aparatında (PUA) İrlandiya istehsalı olan detalların necə peyda olduğunu araşdırır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İrlandiyanın baş naziri Leo Varadkar bəyan edib.

"Bu pilotsuz təyyarənin vurulmasından xəbərimiz var. Biz buna uyğun olaraq araşdırma aparırıq. Biz heç bir İrlandiya şirkətinin sanksiyaları poza biləcəyinə inanmırıq. Ola bilsin ki, hansısa üçüncü tərəf sanksiyaları pozub. Biz buna çox ciddi yanaşırıq", - deyə Varadkar bildirib.

Baş nazir vurğulayıb ki, hərbi neytrallığa baxmayaraq, İrlandiya siyasi cəhətdən neytral deyil və müstəqillik və ərazinin bərpası uğrunda mübarizədə Ukraynanı tam dəstəkləyir.

Milli.Az


Etiketlər:  İran istehsalı Shahedlərdəki detal İrlandiya hökumətini hərəkətə gətirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ