Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2023 19:36
Planetdə ən böyük aysberq olan A23a Antarktida buzlağından ayrıldıqdan 30 il sonra ayda 150 kilometrdən çox sürətlə aktiv hərəkətə başlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun mətbuat xidməti məlumat yayıb.
Aysberqin sahəsi təxminən 4170 kvadrat kilometrdir ki, bu da Sankt-Peterburqun ərazisindən iki dəfə çoxdur. Əvvəllər burada sovet mövsümi elmi bazası "Drujnaya-1" yerləşib.
O, 1986-cı ildə Antarktidadakı Filçner buzlağından digər iki nəhəng aysberqlə birlikdə parçalanaraq ayrılıb.
Hazırda aysberq Antarktida sahilləri boyunca Ueddel dənizində hərəkət edir. Alimlərin sözlərinə görə, aysberqin gələcəyi bir sıra amillərdən - axınların təsiri, sualtı relyefin çıxıntıları, meteoroloji vəziyyətlərdən asılıdır. Ekspertlər bildiriblər ki, aysberq şimala - balıqçı gəmisi marşrutlarına və ya gəmi yollarına aparılarsa, təhlükəli ola bilər.