Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aliment ödəməkdə çətinlik çəkən məşhur aktyor: "Həbsə girməkdən qorxuram"

Aliment ödəməkdə çətinlik çəkən məşhur aktyor:

Tarix: 20 Iyul 2023 20:42

Türkiyəli aktyor Burak Sergen məhkəmənin qarşısında müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Işıl Sergenlə 18 illik evliliyini 2018-ci ildə sonlandıran aktyor Cansın adlı oğluna 70 min lirə aliment ödəməkdə çətinlik çəkdiyini deyib:

"1 evim, 3 maşınım, anamın və atamın evini hamısını satıb alimenti ödəmişəm. Hətta kredit belə götürüb, ödəniş etmişəm. Xəstə olduğum halda çəkilişlərə getmişəm ki, ödənişi edə bilim. İşıl protokolda yazılan qaydalara riayət etmir. Hakim etirazımı nəzərə almasa, 3 ay həbs yatacağam. Həbsə girməkdən qorxuram. Oğlum üçün onu da edərəm, amma uşağa nə deyəcək, atanı həbsə yolladım? Aliment 20 min lirəyə salınsa ödəyəcəyəm, qaçmıram ki...".

Milli.Az


Etiketlər:  Aliment ödəməkdə çətinlik çəkən məşhur aktyor Həbsə girməkdən qorxuram


RƏYLƏR