Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2023 14:24
Ermənistanın ombudsmanı Anait Manasyan İrəvanda özünü İstintaq Komitəsinin binasının beşinci mərtəbəsindən atan Rusiya vətəndaşının ölümünə münasibət bildirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Ombudsmanın təşəbbüsü ilə müzakirə proseduruna başlanılıb", - məlumatda deyilir.
Qeyd edək ki, iyulun 20-də əli qandallı şəxs özünü Ermənistan İstintaq Komitəsinin binasının 5-ci mərtəbəsindən ataraq ölüb. Ölən şəxsin Rusiya vətəndaşı olduğu bildirilib.