Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona"nın futbolçuları xəstəliyə yoluxdu, "Yuventus"la oyun ləğv edildi

Tarix: 23 Iyul 2023 09:36

Barselonanın futbolçuları kütləvi şəkildə xəstəliyə yoluxub, Yuventusla oyun ləğv edilib
İspaniyanın "Barselona" futbol klubunun rəhbərliyi komanda üzvlərinin virusa yoluxması səbəbindən İtaliyanın "Yuventus"u ilə yoldaşlıq oyununu ləğv etmək qərarına gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Barsa"nın mətbuat xidməti məlumat yayıb.

Klubdan bildirilib ki, heyətin əhəmiyyətli bir hissəsi qastroenterit xəstəliyinə tutulub.

İspaniya klubunun "Yuventus"la oyunu iyulun 23-də Bakı vaxtı ilə saat 06:30-da Kaliforniyada "Livays" stadionunda baş tutmalı idi.

"Barselona" həmçinin iyulun 27-də İngiltərənin "Arsenal", iyulun 29-da İspaniyanın "Real Madrid"i və avqustun 1-də İtaliyanın "Milan"ı ilə oynamalıdır.

Milli.Az


Etiketlər:  Barselonanın futbolçuları xəstəliyə yoluxdu Yuventusla oyun ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ