Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də zabitlərə yeni növ tapança verdilər

ABŞ-də zabitlərə yeni növ tapança verdilər

Tarix: 23 Iyul 2023 17:34

ABŞ ordusu yeni tapança iə təchiz edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, "SIG Sauer M17" ABŞ Silahlı Qüvvələrinin yeni əsas tapançasına çevrilib.

"Uzun illər sınaqdan, inkişafdan və Hərbi Hava Qüvvələri ilə əməkdaşlıqdan sonra ordu standart model olaraq SIG Sauer M17 tapançalarını və ordu modul tapança sistemi olaraq M18 (qısa versiya) seçdi", - "19FortyFive" nəşri qeyd edib.

"SIG Sauer P320"nin modifikasiyası olan yeni tapançalar ABŞ xidmətində "Beretta 92" kimi tanınan M9 tapançasını əvəz edəcək. Orduya 500 000-dən çox yeni tapançanın veriləcəyi gözlənilir.

Tapança zabitlərin, zirehli texnika ekipajlarının, "ikinci xətt" adlanan döyüşçülərin silahı və Amerika ordusunda şəxsi müdafiə silahıdır.

Milli.Az


Etiketlər:  ABŞ zabitlərə yeni növ tapança verdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ