Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2023 19:55
"Bağda darıxıram. Qardaşımın "Albalı" deyilən bağ evi var. Bir neçə gün orada qaldım, amma çox darıxdım. Heç bağ evimin olmasını da istəmirəm. Mənə Bakıdakı evim rahatdır. Bağa gedərəm, amma bir şərtlə, axşam qayıdım evimə".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri əməkdar artist Rühəngiz Musəvi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.
Dənizi sevmədiyini söyləyən sənətçi bildirib ki, gənc yaşlarında o, gəmi vasitəsi ilə Avropanın bir sıra ölkələrinə səfər edib:
"Mən dənizi də sevmirəm. İllərdir ki, dənizə getmirəm. Üzməyi də bacarmıram. Həyat yoldaşımla Türkiyəyə getmişik. Bəlkə də getmədiyim xarici ölkə yoxdur. Cavanlığımda, subay vaxtımda dünyanı gəzmişəm. İllər əvvəl "Azərbaycan" adlı gəmi vardı. 1973-cü ildə Almaniyaya, gənclərin ümumdünya festivalına getmişəm.
1976-cı ildə beş ay o gəmi ilə həmkarım Eldar Axundov ilə kruizə çıxmışam. Orada da məni "Miss Azərbaycan" gözəli seçiblər. O kruizlə biz Yunanıstana, İtaliyaya, İspaniyaya, Afrika ölkələrinə getmişəm. Ölməz və dahi sənətkar Rəşid Behbudovla Macarıstana getmişəm".