Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xatirənin çimərlik geyimindəki FOTOları başına bəla oldu

Xatirənin çimərlik geyimindəki FOTOları başına bəla oldu

Tarix: 24 Iyul 2023 23:50

Türkiyədə istirahətə yollanan müğənni Xatirə İslamın yeni fotoları başına bəla olub.  

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, Belekdə tətilin dadını çıxaran sənətçi qara rəngli çimərlik geyimində çəkdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Lakin Xatirənin paylaşdığı şəkillər sosial şəbəkə izləyiciləri tərəfindən xoş qarşılanmayıb. Onlar müğənnin çimərlik geyimində fotolarını sərt şəkildə tənqid ediblər.  

""Arıqlayan kimi lütlənirlər. İndi bunun nə mənası var. Dincəlirsən özün üçün dincəl. Belə etməklə nə olur? Heç kimə sənin bu cür şəkillərin lazım deyil", "Xatirə sən axı niyə belə edirsən? Sən muğam ifaçısan. Milli mentalitetimizi qoruyub, saxla. Sevilirsən... Niyə görə lütlənib şəkil çəkməyə ehtiyac duyursan?"" kimi şərhlər yazıblar.  

Hətta Xatirənin izləyicilərindən biri ifaçıya həyat yoldaşı Fəxrəddin Musayevdən boşandığı ilə bağlı sual da ünvanlayıb.  

X.İslam isə çox sayda neqativ dolu şərhləri cavabsız qoyub.  

Qeyd edək ki, Xatirə və Fəxrəddin cütlüyünün Emil adında bir oğlan övladı var.


Etiketlər:  Xatirənin çimərlik geyimindəki FOTOları başına bəla oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ