Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2023 00:56
Çin Kommunist Partiyasının Hançjoudan olan yüksək vəzifəli məmuru Çjou Cianyun 182 milyon yuan (25 milyon ABŞ dolları) rüşvət almaqda ittiham edilərək edam cəzasına məhkum edilib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, rüşvətxor məmur torpaq məsələlərini həll etmək müqabilində təşkilatlardan və fiziki şəxslərdən pul alıb.
Hazırda Çində ölüm hökmü əksər hallarda ölümcül inyeksiya ilə həyata keçirilir, bundan əvvəl isə günümüzdə yalnız müəyyən kateqoriya cinayətkarlara - - qatillər və narkotik satıcıları üçün tətbiq edilən güllələnmə qüvvədə idi. Bununla belə, yerli medianın yazdığına görə 56 yaşlı partiya funksioneri üçün edam ömürlük həbslə əvəz oluna bilər. Bu halda o, həm də ömürlük siyasi hüquqlarından məhrum ediləcək, əmlakı müsadirə olunacaq.