Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: ''Qarabağ'' Polşa çempionu ilə qarşılaşacaq

Çempionlar Liqası: ''Qarabağ'' Polşa çempionu ilə qarşılaşacaq

Tarix: 26 Iyul 2023 08:44

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Sonxeber.net "report"a istinadən bildirir ki, Azərbaycan çempionu Polşa təmsilçisi "Rakuv"la qarşılaşacaq.

İlk mərhələdə Cəbəllütariq çempionu "Linkoln"u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar "Rakuv"la birinci matçını Çenstoxovadakı "Miejski" stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

22:15. "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Lukas Fandrix (İsveçrə)

Çenstoxova, "Miejski" stadionu


Etiketlər:  Çempionlar Liqası Qarabağ Polşa çempionu ilə qarşılaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ