Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda illik inflyasiya tempi azalır

Azərbaycanda illik inflyasiya tempi azalır

Tarix: 26 Iyul 2023 10:16

Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib.

Bu barədə Mərkəzi Bankın bugünkü açıqlamasında qeyd edilir.

Bildirilir ki, iyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya qeydə alınıb.

"İllik inflyasiya iyunda 10.6% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 5 faiz bəndi aşağıdır.

İllik ərzaq inflyasiyası 11.5%-ə enib", - məlumatda vurğulanır.

Milli.Az


Etiketlər:  Azərbaycanda illik inflyasiya tempi azalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ