Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnanıram ki, hakim səhvə yol verməyib” - ''Sabah''ın məşqçisi

''İnanıram ki, hakim səhvə yol verməyib” - ''Sabah''ın məşqçisi

Tarix: 26 Oktyabr 2019 20:24

“İki fərqli hissə oldu. İlk hissədə yaxşı futbol oynadıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın məşqçisi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 9-cu turunda “Zirə” ilə heç-heçə etdikləri oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.
 
“İkinci hissədə rəqib bizdən üstün oldu. İkinci hissəyə də əslində normal çıxmışdıq. Göstəriş verilmişdi ki, hücumda tempi azaltmayaq. Ancaq “Zirə” daha yaxşı çıxış etdi” - deyə o bildirib.
 
Babayev rəqibin sayılmayan qolu barədə də danışıb:“Bununla bağlı nəsə demək çətindi. Çünki bizdən uzaq idi. İnanıram ki, hakim səhvə yol verməyib”.

 


Etiketlər:  İnanıram hakim səhvə verməyib Sabahın məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ