Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni parklanma qaydaları barədə ətraflı məlumat - VİDEO

Yeni parklanma qaydaları barədə ətraflı məlumat - VİDEO

Tarix: 26 Iyul 2023 18:58

Nəqliyyat vasitələrinin parklanmasına görə yeni qaydalar qüvvəyə minir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Bakıda ümumilikdə 5 Parklanma zonası müəyyən edilib. Mərkəz zona şəhərin tarixi hissəsini, digər zonalar isə ordan kənarlaşdıqca, ətraf əraziləri əhatə edir. Hər zonaya uyğun ödəniş məbləği saatı 30 qəpikdən, 1 manatdək müəyyənləşdirilib. Nəqliyyat tələbinin aşağı olduğu 4-cü zona üzrə parklanma ödənişsiz olacaq. 

Həmçinin, parklanma ərazisindən 100 metr sağ və sol məsafədə yerləşən binalarda qeydiyyatda olan sakinlər üçün parklama ödənişsizdir. Bunun üçün onlar aidiyyəti üzrə müraciət edib parklanma talonları əldə etməlidirlər.

Parklanmaya görə ödənişlər nağdsız formada həyata keçiriləcək.

Bütün parklama məntəqələrində nişanlar və məlumat lövhələri  quraşdırılacaq.

Nəqliyyat vasitələri parklanma ərazisinə daxil olduqda mobil tətbiq vasitəsilə qeydiyyatdan keçəcəklər. Ərazidə agentliyin nəzarətçiləri olacaq, onlar mobil tətbiq vasitəsilə ödənişin olunub-olunmamasına nəzarət edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Yeni parklanma qaydaları barədə ətraflı məlumat VİDEO


RƏYLƏR