Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2023 20:52
Terror təşkilatlarına qarşı mübarizəmiz davam edir.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya deyib.
Yerlikaya son iki ayda separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatlarda 119 terrorçunun zərərsizləşdirildiyini, 740 şübhəlidən 182-nin nəzarətə alındığını bildirib.
"Türkiyə Daxili İşlər Nazirliyi illərdir separatçı terror təşkilatı, FETÖ, ifrat solçu və dindən sui-istifadə edən bütün terror təşkilatlarına qarşı mübarizə aparır." - deyə o qeyd edib.
Ali Yerlikaya bildirib ki, Türkiyənin şərq vilayətlərində mövcud texnika, personal sayı, psixoloji üstünlük, fasiləsiz və uğurlu əməliyyatlar sayəsində terror sona çatıb.
Məlumat üçün qeyd edək ki, separatçı terror təşkilatına qarşı 478 şəhər əməliyyatı, 24 min 107 kənd ənməliyyatı keçirilib.
"Son iki ayda 1 329 nəfər FETÖ üzvü saxlanılıb" - deyə Ali Yerlikaya bildirib
Yerlikaya qeyd edib ki, son beş ildə terrorun maliyyələşdirilməsinə qarşı keçirilən əməliyyatlarda 174 milyon 807 min 979 lirə vəsait ələ keçirilib, terroru maliyyələşdirən 1 min 395 şəxs və 190 təşkilatın isə mal varlığı dondurulub.