Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şoyqunun Şimali Koreya səfərinin sirri

Şoyqunun Şimali Koreya səfərinin sirri

Tarix: 27 Iyul 2023 16:00

Xəbər verdiyimiz kimi, Rusiya müdafiə naziri Sergey Şoyqu Koreya müharibəsinin başa çatmasının 70 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Şimali Koreyaya səfər edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, səfər zamanı Şoyqu Şimali Koreya lideri Kim Çen İnlə görüşüb. Daha sonra Şoyqu və Kim Şen müasir silahların nümayiş olunduğu sərgidə də olub. Sərgidə koreyalı lider rusiyalı nazirə Şimali Koreyanın yeni PUA-larını göstərib.

Cənubi Koreyanın dövlət agentliyinin məlumatına görə, yeni PUA-lar ABŞ-ın "MQ-9 Reaper" və "RQ-4 Global Havk" pilotsuz aparatlarına çox bənzəyir.

Agentlik bildirib ki, PUA-ların nümayişi onların artıq sınaqdan çıxarıldıqlarını və hazır vəziyyətdə olduqlarını göstərir.

Şoyqunun Kim Çen İnlə birlikdə silah sərgisinə getməsi təsadüfi deyil. Çünki Ukrayna kəşfiyyatı Şoyqunun Şimali Koreyaya məhz silah almağa getdiyi ilə bağlı məlumat yaymışdı.

Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko da Sergey Şoyqunun Şimali Koreyaya Qələbə gününü qeyd etməyə yox, orduya sursat tədarükü üçün razılığa gəlməyə getdiyini bildirmişdi.

Milli.Az


Etiketlər:  Şoyqunun Şimali Koreya səfərinin sirri


RƏYLƏR