Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden isti havalarla bağlı insanları evdə qalmağa çağırdı

Bayden isti havalarla bağlı insanları evdə qalmağa çağırdı

Tarix: 28 Iyul 2023 07:22

ABŞ Prezidenti Co Bayden ölkəni bürüyən həddindən artıq isti havanın mənfi təsirləri ilə mübarizə üçün bir sıra yeni addımlar atılacağını açıqlayıb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Bayden bunu Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı bildirib.

İqlim dəyişikliyinin təhlükəli olduğunu vurğuıayan ABŞ Prezidenti "Artıq heç kimin iqlim dəyişikliyinin təsirini inkar edə biləcəyini düşünmürəm", - deyib.

Bayden işçiləri təhlükəli hava şəraitindən qorumaq üçün Əmək Nazirliyinə temperaturla bağlı xəbərdarlıq verməsini istəyib.

Həmçinin, ABŞ Prezidenti vətəndaşları evdə qalmağa çağırıb.

Bayden binaları istiliyə davamlı etmək, soyutma mərkəzlərini və su saxlama qabiliyyətini artırmaq üçün bir sıra addımlar atılacağını da bildirib.


Etiketlər:  Bayden isti havalarla bağlı insanları evdə qalmağa çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ