Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran parlamentindən məcburi hicab layihəsi: “Pis geyinənlər” külli miqdarda cərimələnəcəklər - FOTO

İran parlamentindən məcburi hicab layihəsi: “Pis geyinənlər” külli miqdarda cərimələnəcəklər - FOTO

Tarix: 29 Iyul 2023 16:00

İran parlamentinin Hüquq Komissiyası məcburi hicab layihəsi hazırlayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Layihəyə əsasən, ictimai yerlərdə və ya küçələrdə "pis geyim" seçiminə əl atan hər kəs ilk dəfə 6 milyon (241₼), daha sonra isə 24 milyona (963₼) qədər cərimələnəcək.

"Pis geyim" dedikdə açıq və ya dar geyim, yaxud bədənin bir hissəsini, boyundan aşağı və topuqdan yuxarı və ya biləkdən yuxarını göstərən geyim nəzərdə tutulur.

Həmçinin geyim kodeksini pozan şagird və tələbələr 4 dəfə xəbərdarlıqdan sonra polisə təqdim olunacaqlar.


Etiketlər:  İran parlamentindən məcburi hicab layihəsi geyinənlər külli miqdarda cərimələnəcəklər FOTO


RƏYLƏR