Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çəkiliş meydançasında faciəvi şəkildə ölən aktyorlar - SON DUBL

Çəkiliş meydançasında faciəvi şəkildə ölən aktyorlar - SON DUBL

Tarix: 29 Iyul 2023 22:03

Sonxeber.net lent.az-a istinadən film çəkilişi zamanı ölən aktyorlar barədə məlumatları təqdim edir.

Onlar sözün həqiqi mənasında incəsənətə qurban gedənlərdir...

İrina Burduçenko

İrina Burduçenko ölərkən 23 yaşındaydı və 3 aylıq hamiləydi. "Çiçək və daş" filmlərinin çəkilişlərinə dəvət almış gənc aktrisa ssenariyə görə yanan daxmaya girib bayrağı xilas etməli idi. Yanan daxmaya girən aktrisanın ayaqqabısının incə dabanları döşəmənin taxtaları arasına ilişir və o vaxtında çölə çıxa bilmir. Beləcə aktrisa tüstüdən huşunu itirib yıxılır. O xilas ediləndə bədəninin 78 faizi yanmışdı. 2 həftə xəstəxanda yatdıqdan sonra həyatını itirdi. Rejissora isə 2 il həbs cəzası verildi. Onun ölümündən sonra filmin adı dəyişdirilib "Heç kim belə sevməmişdi" qoyuldu.

Andrey Rostotski

Macəra filmlərində çəkilməyi sevən aktyor Andrey Rostotski  2002-ci ildə 45  yaşındaykən "Sərhədim" filminin çəkilişləri zamanı 30 metr yüksəklikdəki qayadan yıxılaraq ölüb. O, kaskadyorların köməyindən istifadə etməyib, bütün epizodlarda özü çəkilmək istəyib.

Yuri Qusev

Həyatı boyu yüzdən çox filmə çəkilmiş bu aktyorun ölümü də çəkiliş meydançasında olub. 1991-ci ildə "Kar" filminin çəkilişləri zamanı yıxılma səhnəsi uğursuz alınır və  54 yaşlı aktyor başından aldığı zərbədən yerindəcə keçinir.

Yevgeni Urbanski

Yevgeni Urbanski 1965-ci ildə "Direktor" filminin çəkilişləri zamanı həlak olub. Buxara yaxınlığında səhrada çəkiliş zamanı onun olduğu avtomobil aşır və  aktyor kəllə beyin travmasından ölür. Ölümündən 2 gün sonra doğulan qızına atasının şərəfinə Yevgeniya adı verilib.

Mikaela Drozdovskaya

Bu aktrisa öz ölümünü öncədən hiss edib, qızını rəfiqəsinə tapşırmışdı. 1978-ci ildə 41 yaşlı aktrisa film çəkilişləri zamanı qaldığı evdə yanaraq ölüb.

Sergey Bodro

Sergey Bodrov müasir rus filmlərində izi olan aktyordur. Onun yaradıcılığı da ölümü kimi hay-küylü oldu. Aktyor 2002-ci ildən bu günə qədər itkin düşmüş sayılır. Karmadon buzlağında çəkiliş edən filmin komandası 60 metrlik buz və daş uçqunun altında qaldı Həmin gün "Qardaş" filminin çəkiliş komandasından 40  nəfər həlak oldu. Bir neçə ay xilasetmə işləri aparıldı. Hər kəsin meyiti tapılsa da, 30 yaşlı Sergey Bodrovun cəsədi tapılmadı. 2004-cü ilə qədər onun axtarışları davam etdi.


Etiketlər:  Çəkiliş meydançasında faciəvi şəkildə ölən aktyorlar DUBL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ