Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

Tarix: 30 Iyul 2023 09:25

Çex əsilli aktrisa Yana Şultsova vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa 76 yaşında Praqadakı evində dünyasını dəyişib. Şultsovanın uzun müddətdir səhhətində problemlər yaşayırdı.

20 il əvvəl qalxanabənzər vəzi əməliyyatı keçirən aktrisada görmə problemləri yaranmağa başlayıb. Bundan sonra o, iki dəfə gözündən əməliyyat olunub. 2014-cü ildə isə Şultsova ayağından əməliyyat olunub ki, bundan sonra tez-tez yıxılması səbəbindən onun bədənində yaralar yaranıb.

Qeyd edək ki, aktrisa 1960-cı illərdə ekranda debüt edib və bir çox ekran işində rol alıb.

Milli.Az


Etiketlər:  Tanınmış aktrisa vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ