Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2023 21:38
Özbəkistanın paytaxtında yeni tikilidə gənc qadının meyiti tapılıb. Məlum olub ki, 32 yaşlı yerli sakin 3 gün xarab liftdə oturub.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, respublika prokurorluğunun məlumatına görə, faciə Daşkəndin Parkent küçəsindəki evdə baş verib.
Müşahidə kameralarının görüntüləri sayəsində iyulun 24-də poçtalyon işləyən qadının lift vaqonuna daxil olduğunu müəyyən etmək mümkün olub. İyulun 26-da qohumları onu axtarışa veriblər.
Daha sonra qadının meyiti tapılıb. Ekspertlərin fikrincə, o, kəskin ürək-damar və tənəffüs çatışmazlığı nəticəsində dünyasını dəyişib. Qadının fəryadını isə heç kim eşitməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.