Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2023 09:12
Yaponiya aviaşirkətləri yaxınlaşan "Kanun" tufanına görə 264 daxili aviareysi təxirə salıblar.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə yapon aviaşirkətlərinin yaydığı məlumatlarada bildirilib.
Uçuş cədvəlində dəyişikliklər əsasən turistlər arasında populyar olan Okinava prefekturasından, eləcə də cənub-qərbdəki Kyusu adasındakı Kaqosimadan keçən marşrutlara təsir göstərib.
Meteoroloqların proqnozlarına görə, bu rayonlarda küləyin sürəti 25-40 m/s-ə çata bilər. Güclü yağış da gözlənilir. Yaxın günlərdə orada 100 mm-dən çox yağıntı düşə bilər.