Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aktrisa psixoloji dispanserə yerləşdirildi - FOTO

Aktrisa psixoloji dispanserə yerləşdirildi - FOTO

Tarix: 1 Avqust 2023 15:44

Hollivud ulduzu Amanda Bayns yenidən psixoloji dispanserə yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa Orinc qraflığında yerləşən klinikada müalicə alır. O, mütəmadi olaraq həkimlərin nəzarətində olacaq və digər pasiyentlərlə də ünsiyyət qura biləcək. 

Qeyd edək ki, Amandanın psixi problemlərinin olması faktı hələ 2013-cü ildə ortaya çıxıb. Bir dəfə qonşuların evində avtomobili və öz itini yandırmağa çalışan aktrisa psixiatriya klinikasında müalicə alıb. Aktrisa martın sonunda Los-Anceles küçələrində çılpaq gəzdiyi üçün həbs olunmuş və daha sonra yenidən xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az


Etiketlər:  Aktrisa psixoloji dispanserə yerləşdirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ