Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yol polisi sərxoş qadının maşınını belə saxladı - VİDEO

Yol polisi sərxoş qadının maşınını belə saxladı - VİDEO

Tarix: 2 Avqust 2023 01:02

Yol polisi qaydanı pozan şəxsi saxlamaq üçün hərəkətdə olan avtomobilə tullanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Buryatiya Respublikasında baş verib. Gecə saatlarında yol polisi əməkdaşları yolun hərəkət hissəsində yırğalanan avtomobili görüblər.

Sürücü dayanma tələbinə məhəl qoymayıb və təqib başlayıb. Yolun təmir hissəsində müfəttişlərdən biri fürsətdən istifadə edərək patrul avtomobilindən tullanıb, hərəkətdə olarkən qaydanı pozan şəxsin maşınına minib və açarları götürərək onu saxlayıb.

47 yaşlı şəhər qadını avtomobilin sənədlərini və sürücülük vəsiqəsini təqdim etməkdən, həmçinin ayıqlıq testindən keçməkdən imtina edib.

Yol müfəttişləri müayinədən imtina etməsi və polisin saxlama tələbinə əməl etməməsi ilə bağlı protokol tərtib edib, qaydanı pozan şəxsin avtomobili xüsusi dayanacaqa göndərilib.

Milli.Az


Etiketlər:  Yol polisi sərxoş qadının maşınını belə saxladı VİDEO


RƏYLƏR