Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib

Prezident: Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib

Tarix: 2 Avqust 2023 10:18

Artıq iki ildən çoxdur ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib.

Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyətin yeni ölçü yaratdığını qeyd edən Azərbaycan Prezidenti bildirib: "Çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Düzdür, hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq. Ötən il daha çox ölkə qazımızı almağa başladı. Bu, cari ildə də davam edəcək".


Etiketlər:  Prezident Azərbaycan Avropanın mühüm təchizatçısına çevrilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ