Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya bu ölkələrə möhtac oldu - Piontovski

Rusiya bu ölkələrə möhtac oldu - Piontovski

Tarix: 2 Avqust 2023 10:22

Rusiya müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfəri elə də əhəmiyyətli deyil. Çünki Şimali Koreyanın Rusiyaya verə biləcəyi silahlar etibarsız və köhnəlmişdir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontovski deyib.

"Sözügedən silahlar 70 il əvvəlki top mərmiləridir. Mərmilərdən bəzilərinin hərbi qənimət kimi Ukrayna hərbçilərinin əlinə keçdiyi haqda məlumatlar yayılıb. Görürük ki, bu mərmilər 70 ildir anbarlarda qalan köhnəlmiş, etibarsız sursatlardır. Həmçinin, onlar köhnə sovet modelli Koreya sursatlarıdır", - politoloq bildirib.

Onun sözlərinə görə, yarım il əvvəl Rusiyada heç kəs düşünməzdi ki, Kreml İran və KXDR kimi "görkəmli" tərəfdaşların köməyinə ciddi ehtiyac duyacaq:

"Bu, Rusiyanın texnoloji və siyasi geriliyinin, həmçinin, çöküşünün sübutudur".


Etiketlər:  Rusiya ölkələrə möhtac oldu Piontovski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ