Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını xahiş etdik

İlham Əliyev: Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını xahiş etdik

Tarix: 2 Avqust 2023 10:24

Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib.

İyunun 15-də Ermənistanın digər hərbi təxribata əl atdığını və sərhədçilərimizdən birini yaraladığını vurğulayan dövlətimizin başçısı bildirib: "Yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi. Sonra yol təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi".

Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsinin aşkarlandığını deyən Prezident İlham Əliyev qeyd edib: "Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Lakin bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik".

Milli.Az


Etiketlər:  İlham Əliyev Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını xahiş etdik


RƏYLƏR