Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda həbs edilən Fəridə son söz üçün vaxt verilib

İranda həbs edilən Fəridə son söz üçün vaxt verilib

Tarix: 2 Avqust 2023 11:45

"İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə məhkəmədə son söz demək üçün vaxt verilib".

Bunu oxu.az-a açıqlamasında onun anası Dilarə Əsgərova bildirib.

Onun sözlərinə görə, heç bir sübut olmadan oğlu məhkəmədə təzyiqə məruz qalır:

"Hakimdən sübutun gətirilməsini də tələb etdik, heç nə təqdim edilmir. Oğlumun saxlanma şəraitindən elə də narazılığı yoxdur. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir. Fəridə son söz üçün avqustun 3-ə kimi vaxt verilib. Məhkəmənin də avqustun 3 və ya 4-də olması planlaşdırılır".

O bildirib ki, oğluna görə Xarici İşlər Nazirliyi tərəfindən onunla heç bir əlaqə saxlanılmır. 

Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da onunla bağlı bu ölkəyə nota verib.

Milli.Az


Etiketlər:  İranda həbs edilən Fəridə son söz üçün vaxt verilib


RƏYLƏR