Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2023 23:46
İranda havanın temperaturu 50 dərəcəni keçib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Xuzistan Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, İranın cənub-qərbindəki Xuzistan əyalətinin 8 şəhərində termometrlər 50 dərəcədən yuxarı qalxıb.
Buna uyğun olaraq havanın temperaturu Ümidiyedə 51,8, Şuşda 51,5, Abadanda 51,3, Bostanda 51,2, Dezfulda 50,8, Əhvaz, Ramhürmüz və Mahşəhrdə 50, 2 dərəcə ilə ölçülüb.
Hava şəraiti ilə əlaqədar son 24 saat ərzində xəstəxanalara 16 nəfər müraciət edib.