Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Matç zamanı meydançaya böyük ilan girdi: Oyun dayandırıldı

Matç zamanı meydançaya böyük ilan girdi: Oyun dayandırıldı

Tarix: 4 Avqust 2023 06:06

Şri-Lankanın paytaxtı Kolomboda "Galle Titans" və "Dambulla Aura" komandaları arasında keçirilən kriket matçı zamanı meydançaya olduqca böyük ilan girib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kifayət qədər böyük olduğu üçün heç kimin ilanı meydandan çıxarmağa cəsarəti çatmayıb. Bu səbəbdən də oyun dayandırılıb və uzunmüddətli fasilə verilib.

Diqqət mərkəzində olan və meydançada fırlanan ilanın arxasınca matçın hakimi düşüb. Ancaq heç kim ilana çox yaxınlaşa bilmədiyi üçün qorxunc görünüşlü sürünənin nə vaxt "öz kefi ilə" meydançanı tərk etməsini gözləmək lazım gəlib.

Uzun müddət ortalıqda fırlanan ilan "Galle Titan" komandasının ehtiyat skamyasına girdikdən sonra yoxa çıxıb.

Milli.Az


Etiketlər:  Matç zamanı meydançaya böyük ilan girdi Oyun dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ