Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2023 07:32
Amerikalı aktyor Mark Marqolis 84 yaşında vəfat edib.
Sonxeber.net gundem.az-a istinadən xəbər verir ki, bu barədə onun oğlu Morqan Marqolis məlumat verib. Onun ölümün səbəbi dəqiqləşdirilməyib. Marqolis daha çox "Breaking Bad and Better Call Saul" serialında "Hektor Salamanka" rolunu oynaması ilə tanınır.
O, həmçinin "Californication", "Ace Ventura: Pet Detective", "Pi", "The Fountain" və bir çox başqa filmlərdə və seriallarda rol alıb.