Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın müharibə eləməyə 150 milyarddan çox ehtiyat fondu varmış...

Rusiyanın müharibə eləməyə 150 milyarddan çox ehtiyat fondu varmış...

Tarix: 5 Avqust 2023 07:52

Kreml büdcə gəlirlərinin azalmasına rəğmən Ukraynaya genişmiqyaslı işğala hazırlaşmaq üçün böyük qızıl və valyuta fondu toplayıb. Fondun həcmi 150 milyard dollardan çox qiymətləndirilir.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatı məlumat yayıb.

"Əslində, Rusiya ordusunu bu ehtiyatlarla saxlayır, silah istehsal edir və alır", - deyə Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Yusov bildirib.

Rusiya Federasiyası neft ixracından da böyük gəlir əldə edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, ilin əvvəlində Rusiyanın ixracatı gündəlik 8,3 milyon barel neft olub ki, bu da 2020-ci ilin aprelindən bəri ən yüksək səviyyədir. Bununla belə, ötən ilin dekabrında Rusiya neftinin alınması üçün yuxarı qiymət həddinin müəyyən edilməsindən sonra bu ilin 4 ayı ərzində neft-qaz sənayesindən əldə olunan gəlirlər 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 52% azalıb.


Etiketlər:  Rusiyanın müharibə eləməyə milyarddan çox ehtiyat fondu varmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ