Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2023 22:36
Polşa hökuməti Belarusda "Vaqner" muzdlularının olması səbəbindən ölkəni qorumaq üçün Polşa-Belarus sərhədinin tamamilə bağlanmasını nəzərdən keçirir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Polşanın xarici işlər naziri Pavel Yablonski deyib.
Belarusdan gələn təhlükənin real olduğunu deyən nazir müavini vaqnerçilərin artıq Polşa ərazisinə soxulmağa cəhd göstərdiyini vurğulayıb:
"Biz ərazimizi qorumaq, vətəndaşlarımızı qorumaq üçün lazım olacaq istənilən addımları, o cümlədən Belarusun tam təcrid olunmasını, sərhədin tamamilə bağlanmasını nəzərdən keçiririk".