Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2023 08:10
Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında görüş baş tutub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Ciddədə baş tutan görüşdə Ukraynanın müdafiə ehtiyacları, xüsusən də liman infrastrukturunu qorumaq üçün hava hücumundan müdafiə sisteminin gücləndirilməsi müzakirə edilib.
Tərəflər sülh formulunun həyata keçirilməsi və Qlobal Sülh Sammitinə hazırlıq kontekstində birgə fəaliyyət barədə razılığa gəliblər. NATO-nun Vilnüs sammitinin yekunları və Ukraynanın alyansa inteqrasiyası istiqamətində gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Yermak Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sazişin bağlanması üçün ABŞ-la danışıqların başlanmasını müsbət qiymətləndirib.