Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2023 09:44
Tbilisi meri, hakim "Gürcü Arzusu Demokratik Gürcüstan" Partiyasının baş katibi Kaxa Kaladze Gürcüstanın Raça yüksək dağlıq rayonunda yerləşən Şovi kurortunun avqustun 3-də baş verən sürüşmə nəticəsində tamamilə dağıldığını açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Raçada, xüsusən Şovidə baş verənlər çox ciddidir. Birbaşa demək olar ki, Şovi yoxdur, o, tamamilə palçıqla dolub", - mer bildirib.
Kaladze Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına, xilasedicilərə və könüllülərə minnətdarlığını bildirib. O, vurğulayıb ki, sürüşmə zonasında fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
"Hazırda təmizlik işləri gedir, texnika səfərbər olunub, bütün müvafiq xidmətlər yerindədir, işləyirlər. Ümumilikdə 80-ə yaxın texnika səfərbər edilib", - Tbilisi meri qeyd edib.