Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni blogger məmurları və oliqarxları BİABIR ETDİ... - FAKTLAR... - VİDEO

Erməni blogger məmurları və oliqarxları BİABIR ETDİ... - FAKTLAR...  - VİDEO

Tarix: 7 Avqust 2023 14:04

Erməni blogger Roman Boqdasaryan hazırladığı video-məlumatda sensassion faktlar açıqlayıb.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, erməni blogerin hazırladığı videoda Qarabağı yerlə bir edən, Azərbaycanın sərvətini talayan, eləcə də öz xalqını fəlakətlərə sürükləyən erməni məmur-oliqarxların , ordu zabitilərinin  nələr  etdiklərini faktlarla  paylaşıb.

Boqdasaryan bildirir ki, Qarabağ separatçılarının eks-prezidenti Arkadi Qukasyan - 30 il ərzində böyük var-dövlət sahibi olub. Sankt-Peterburqda bir neçə otelin alıcısı olub..

Elə Bako Saakyan da...

Bir  vaxtlar özünü qondarma  qurumun rəhbəri  kimi təqdim edən bu şəxs İrəvanda otel sahibinə çevrilib. Sürücüləri və mühafizəçiləri üçün üçmərtəbəli saray, Moskovyan küçəsində ticarət mərkəzi tikdirib. Moskvada isə mağazalar və ticarət köşkləri alıb. Arvadı ilə hər il İtaliyada dincəlir. Digər məlumatlara görə onun həmin ölkədə də mülkləri var.

Elə hazırkı  terrorçu başı Arayik Arutyunyanın da  Ermənistanda və xaricdə xeyli mülkləri var. Təkcə Rusiyanın Stavropolsk vilayətində ona məxsus böyük otellər şəbəkəsi mövcuddur. Birləşmiş ərəb əmirliklərinin Dubay əmirliyində, Parisdə mənzillər alıb. Öz məşuqələrinə Sayat-Nova küçəsində mənzillər bağışlayıb. İrəvanda böyük apartamentləri də məlumdur.

Erməni general Artur Aqabekyan...Bu şəxs  Aqabekyan fondu təsis edib. Hansı ki, birinci Qarabağ müharibəsi dövründə qazandığı sərvətlər milyon dollarla ölçülür. Həmin fond qeyri-qanuni yolla toplanan pullar hesabına təsis edilib. O bu vəsaitləri ölkənin müdafiə sisteminə yox, mülklərə, qızlara və təntənəli banketlərə xərcləyib.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan - Prezidentliyi dövründə Yunanıstanda ada alıb. "Drako" Otellər şəbəkəsi, oğlu Levon üçün yüzlərlə obyektlər əldə edib. Ermənistanda bütün zavod və fabrikləri satıb, ölkəni məktəbsiz, uşaq bağçasız və yolsuz qoyub.

Ermənistanın dövlət təhlükəsizlik xidmətinin sabiq başçısı Kamo Aqacanyan.... (ermənilər iddia edir ki,o  əslən azərbaycanlıdır) İrəvanda, Gümrüdə və Hadrutda restoranları olub.

Rusiya Erməni ittifaqının prezidenti Ara Abramyan...O da  Qarabağ ermənilərinin adına yığılan milyonlarla vəsaiti özünün obyektlərinin və saraylarının tikintisinə sərf edib.

Ermənistanan "şeytan" ləqəbli sabiq baş prokuroru Ağvan Ovsepyan, sabiq prezident Serj Sarkisyan, separatçı Seyran Ohanyan, Arşavir Qarabyan, İrəvan meri Toron Markaryan, Ara Papyan, Ruben Ayrapetyan, Samvel Karapetyan, Herminə Ağdalyan, Vitali Balasanyan, Mikael Minasyan və başqaları Çexiyada və digər Avropa ölkələrində mülklər alıb.

Baqdasaryanın videosunda vurğulanır ki, İlham Əliyev Azərbaycanda böyük quruculuq işləri görəndə bu ermənilər xalqı sonu görünməyən fəaləkətə sürükləyirdi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Erməni blogger məmurları oliqarxları BİABIR ETDİ FAKTLAR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ