Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2023 14:10
Əfqanıstan Rusiya və Qazaxıstanı Trans-Əfqan dəmir yolu xəttinin tikintisində iştirak etməyə dəvət edib.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bunu Əfqanıstanın ticarət və sənaye nazirinin müavini Nuruddin Əzizi Astanada keçirilən Qazaxıstan-Əfqanıstan biznes forumunda deyib.
"Biz Rusiya və Qazaxıstanı bu layihədə iştirak etməyə dəvət edirik. Düşünürəm ki, söhbət təkcə Əfqanıstana sərmayə qoymaqdan getmir, çünki bu dəmir yolu hamıya fayda verəcək və biz bu ölkələrdən işçi qrupları cəlb edərək, bu layihəni onlarla birlikdə nəzərdən keçirməyə hazırıq", - deyə Nuruddin Əzizi bildirib.
Qeyd edək ki, Trans-Əfqan dəmir yolu layihəsi Əfqanıstan, Özbəkistan və Pakistanın birgə layihəsidir. Marşrut Tirmizi, Məzari-Şərif, Kabil və Pişəvərdən keçəcək. Layihə ilə bağlı anlaşma memorandumu imzalanıb.
600 km uzunluğa malik dəmir yolu xəttinin tikintisi təxminən 5 milyard ABŞ dollarına başa gələcək və 5 ilə tamamlanacaq.