Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2019 10:20
Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının BARİATRİK cərrahı, t.f.d. Dr. Mojtaba Haşemzadeh 6 noyabr tarixində saat 16.00-da canlı yayımda “Piylənmə” mövzusunda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.
Dr. Haşemzadeh ABŞ-ın Beth Universitetinin bariatrik cərrahiyyə fakültəsini, İran İslam Respublikasının Məşhəd və Tehran Tibb Universitetlərini bitirib. Məşhur həkim dünyanın müxtəlif klinikalarında 8000-dən artıq uğurlu bariatrik əməliyyat icra edib. Hazırda onun pasiyentləri Mərkəzi Gömrük Hospitalına nəinki Azərbaycandan, həm də Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ, İrandan və başqa ölkələrdən müraciət edirlər.
Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin