Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məleykə Abbaszadə istefaya göndərilir - O əvəz edəcək

Məleykə Abbaszadə istefaya göndərilir - O əvəz edəcək

Tarix: 8 Avqust 2023 09:56

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yaxın vaxtlarda istefaya göndəriləcək. DİM sədri ilə bağlı qərar sentyabrın ilk ongünlüyündə elan olunacağı gözlənilir.

Milli.Az Yenisabah.az-a istinadən xəbər verir ki, xanım Abbaszadə ilə bağlı mövqe qətiləşib.

Bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması bu sektorda dəyişiklikləri qaçılmaz edib. İqtidar düşərgəsində Məleykə Abbaszadənin təxminən 30 il davam edən hakimiyyətinə son qoyulmasının vaxtı çatdığına dair yekdil mövqe var.

Məlumatlı şəxs Məleykə Abbaszadəni əvəzləyəcək şəxsin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, Məleykə Abbaszadənin vəzifəsi Elm və təhsil naziri Emin Əmrullayevə həvalə olunacaq. Məktəblərdəki neqativ halların ictimailəşməsindən sonra sürətlə nüfuzdan düşən gənc nazirin bu təyinata özünün xilası kimi baxdığı deyilir. Əmrullayevin karyerası ilə bağlı yeni qərarın yeni tədris ili başlayana kimi veriləcəyi gözlənilir.

Milli.Az


Etiketlər:  Məleykə Abbaszadə istefaya göndərilir O əvəz edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ