Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki ölkə arasında təhlükəsizlik rejimi gücləndirildi

İki ölkə arasında təhlükəsizlik rejimi gücləndirildi

Tarix: 9 Avqust 2023 07:52

Latviyanın Nazirlər Kabineti Belarus-Latviya sərhədində gücləndirilmiş təhlükəsizlik rejiminin tətbiqi barədə qərar qəbul edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Delfi informasiya portalı məlumat yayıb.

Məlumata görə, 2023-cü il avqustun 11-dən 2024-cü il fevralın 10-dək Ludza, Kraslava, Auqşdauqava vilayətlərinin və Dauqavpils inzibati ərazilərində sərhəd mühafizə rejimi gücləndiriləcək.

Bu tədbiri ölkənin Daxili İşlər Nazirliyi təklif edib. Bildirilir ki, Latviya -Belarus dövlət sərhədindən qeyri-qanuni keçməyə cəhdlər belə bir rejimin tətbiqini zəruri edib.

Bundan əlavə, Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Maris Kuçinskis Belarus ərazisində "Vaqner PMC"yə məxsus qırıcıların olmasını xatırladıb.

Nazirin sözlərinə görə, PMC-lər tərəfindən hər hansı təxribat əlamətləri yoxdur, lakin belə bir ehtimalı da istisna etmək olmaz.


Etiketlər:  İki ölkə arasında təhlükəsizlik rejimi gücləndirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ