Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rasim Balayev: “Azərbaycan kinosunun vəziyyəti ürək açan deyil” - VİDEO

Rasim Balayev: “Azərbaycan kinosunun vəziyyəti ürək açan deyil” - VİDEO

Tarix: 9 Avqust 2023 08:00

"Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarıyla hər kəsin sevgisini qazanan Xalq artisti, "İstiqlal" ordenli Rasim Balayev tamaşaçıları hər zaman düşündürməyi bacarıb.

Milli.Az xəbər verir ki, Xalq Artisti Dövlət Başçısı ilə görüşünü, "İstiqlal" ordeni ilə təltif edilməsi barədə təəssüratlarını "Xəzər Xəbər"lə bölüşüb.

"Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam", - deyən 75 yaşlı xalq artistinin sözlərinə görə, İstiqlal ordeninin təqdim edilməsi üzərinə əlavə məsuliyyət qoyub.

O, kinomuzun müasir vəziyyətinə də diqqət çəkib.

Rasim Balayev Vətən Müharibəsi haqqında sənət əsərlərinin ərsəyə gətirilməsinin vacib olduğunu vurğulayıb:

"Mən Prezidentə də dedim. Bu gün Azərbaycan kinosunun vəziyyəti o, qədər də ürək açan deyil, amma biz borcluyuq ki, yaxın keçmişimizdə yaşanan 44 günlük qələbəmizi, şəhidlərimizin, qəhrəman qazilərimizin obrazlarını ekrana gətirək. Əminəm ki, Azərbaycan kinosunun tənəzzül dövrü bitəcək, layiqli ekran əsərləri yenidən tamaşaçını sevindirəcək".

Qeyd edək ki, Rasim Balayev "İstiqlal" ordeninə qədər 1998-ci il avqustun 7-də "Şöhrət", 2018-ci il avqustun 1-də "Şərəf" ordenləri ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Rasim Balayev Azərbaycan kinosunun vəziyyəti ürək açan deyil VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ