Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Silk Way West Airlines Bakı qlobal nəqliyyat qovşağını Los-Anceles ilə birləşdirən yeni marşrut açı

Silk Way West Airlines Bakı qlobal nəqliyyat qovşağını Los-Anceles ilə birləşdirən yeni marşrut açı

Tarix: 9 Avqust 2023 16:56

Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan Silk Way West Airlines hər il milyonlarla ton yük daşıyan, dünyanın ən böyük yük hava limanlarından biri olan Los Anceles Beynəlxalq Hava Limanına həftəlik marşrut açır. 

Los-Ancelesin şəbəkəyə əlavə edilməsi şirkətin müştərilərinin artan ehtiyaclarını ödəyəcək və qlobal ticarəti dəstəkləyəcək. Aviaşirkət bu marşrut üzrə geniş çeşiddə xüsusi, tez xarab olan, böyük ölçülü və e-ticarət mallarını daşıyacaq.
Yeni marşrutla Silk Way West Airlines regionda öz təsirini genişləndirir və yeni strateji istiqamət açır. Qeyd edək ki, Silk Way West Airlines Çikaqo və Dallasa müntəzəm reyslərdən əlavə, bu ilin aprelində Hyustona uçuşlara başlayıb.

Silk Way West Airlines şirkətinin Amerika üzrə vitse-prezidenti Fadi Nahas qeyd edib:  "Biz Los Anceles Beynəlxalq Hava Limanının marşrut şəbəkəmizə əlavə edilməsini elan etməkdən məmnunuq. Yeni marşrut ABŞ istiqamətləri üzrə daha qısa tranzit vaxtları təmin etməklə yanaşı, yükdaşıma həcmini artıracaq və Qərb Sahilindəki müştərilərimizə böyük fayda verəcək."

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib. 

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Silk Way West Airlines şirkəti haqqında ətraflı məlumat üçün www.silkwaywest.com  saytına daxil olun.

Milli.Az


Etiketlər:  Silk Way West Airlines Bakı qlobal nəqliyyat qovşağını Los Anceles ilə birləşdirən yeni marşrut açı


RƏYLƏR