Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hazal Kayadan "Atatürkün" "Disney+"da yayımlanmamasına reaksiya

Hazal Kayadan

Tarix: 10 Avqust 2023 19:24

Aktrisa Hazal Kaya "Disney+"ın "Atataürk" filimini yayımlamamaq haqda qərarına reaksiya verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi onların bu addımını tənqid edib:

"Karyeram boyunca "bunu deyərsəm bura mənə qadağa qoyar" düşüncəsi ilə yaşamadım. Həmin qadağalardan yetəri qədər dərs almışam. Buna görə də "Disney"in yanımda və ya qarşımda olması, mənə önəmli deyil. Atatürkçülüyümü kimsənin müzakirəsinə açmıram. İsbat etməyə ehtyacım da yoxdur. Mənim üçün Atatürkçülük sosial media təkidi, xoşagəlmək üçün addım atılacaq deyil. "Disney"in "Atatürk" serialı ilə bağlı məsələsinə münasibət bildirəcək qədər məlumatım yoxdur. Olsaydı, deyərdim. Amma onu izləmək istəyirəm. Harada və necə yayımlanacağı ilə maraqlanmıram".

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi "Disney+"ı serialı ləğv etməyə çağırıb və bu istiqamətdə "#CancelAtatürk" kampaniyasını təşkil edib. Bundan sonra "Disney+" şirkəti "Atatürk" serialını öz platformasında yayımlamamaq qərarına gəlib. 8 milyon dollar xərclənən istehsal 2 hissədə təqdim ediləcək. İlk film 29 oktyabrda televiziya xüsusi versiyası ilə FOX ekranlarında, 3 noyabrda isə kinoteatrlarda nümayiş ediləcək. İkinci film dekabrın 22-də kinoteatrlarda nümayiş olunacaq. 2024-cü ilin yayından etibarən hər iki film "FOX TV" ekranlarında efirə gedəcək.

Milli.Az


Etiketlər:  Hazal Kayadan Atatürkün Disneyda yayımlanmamasına reaksiya


RƏYLƏR