Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2023 08:52
Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensionun qətlinə görə saxlanılanların hamısı başqa ölkənin vətəndaşlarıdır.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, istintaq tədbirləri nəticəsində polis Konokoto sektorunda və şəhərin cənubunda bir neçə ünvanda axtarışlar aparıb. Nəticədə 6 nəfər saxlanılıb, onların hamısı başqa ölkənin vətəndaşıdır.
Daxili İşlər Nazirliyinin bəyanatında saxlanılanların vətəndaşlığı dəqiqləşdirilməyib.
"El Tiempo" qəzetinin məlumatına görə, şübhəlilərin hamısı Kolumbiya vətəndaşlarıdır. Nəşrin məlumatına görə, onlardan ən azı biri artıq qətl və narkotik alverinə görə mühakimə olunub.