Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbəhazırlıq qruplarına QEYDİYYAT BAŞLADI - Ətraflı VİDEOda

Məktəbəhazırlıq qruplarına QEYDİYYAT BAŞLADI - Ətraflı VİDEOda

Tarix: 12 Avqust 2023 13:32

Dünən səhər saatlarından etibarən məktəbəhazırlıq qruplarına Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi aktiv edilib.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Elm və Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsilin Təşkili və İdarə olunması şöbəsinin əməkdaşı Gülüstan Cəfərovanın sözlərinə görə, proses sentyabrın 14-ə qədər davam edəcək.

Gülüstan Cəfərova həmçinin bildirdi ki, 90 mindən artıq uşağın məktəbəhazırlıq qruplarına qəbulu gözlənilir.

Qeyd edək ki, valideynlər sentyabrın 1-dən 29-a qədər övladlarının sənədlərini qəbul olduğu təhsil müəssisələrinə təqdim edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Etiketlər:  Məktəbəhazırlıq qruplarına QEYDİYYAT BAŞLADI Ətraflı VİDEOda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ