Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

20 ildən sonra Peru ilə hava məkanının təhlükəsizliyinə dair müqavilə imzalandı

20 ildən sonra Peru ilə hava məkanının təhlükəsizliyinə dair müqavilə imzalandı

Tarix: 13 Avqust 2023 15:34

Peru Amerika Birləşmiş Ştatları ilə 20 ildən sonra hava məkanının təhlükəsizliyinə dair saziş imzalayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Müqavilə 20 illik ikitərəfli əməkdaşlıq paktını canlandırır. Saziş narkoqruplara aid təyyarələrin Perunun hava məkanına daxil olmasını qadağan edəcək.

Həmçinin, ABŞ Peru Hərbi Hava Qüvvələrinə kəşfiyyat və təlim dəstəyi verəcək. Bu, onlarla helikopterin və radar avadanlıqlarının modernləşdirilməsini əhatə edir.

Qeyd edək ki, iki ölkə arasında ilkin hava təhlükəsizliyi razılaşması iyirmi il əvvəl Peru Hərbi Hava Qüvvələrinin səhvən müəyyən edilmiş təyyarəni vurması və iki ABŞ vətəndaşının ölümündən sonra dayandırılmışdı.

Milli.Az


Etiketlər:  20 ildən sonra Peru ilə hava məkanının təhlükəsizliyinə dair müqavilə imzalandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ