Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2023 10:20
Səhər saatlarında Qusardan Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki,Qubanın Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, əraziyə polis əməkdaşları cəlb olunub. 4-ü azyaşlı olmaqla 19 nəfər Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
"Xəstəxanadan verilən məlumata görə yaralıların hamısı evə buraxılıb".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: