Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2023 13:06
Fetö Terror Təşkilatı 1970-1980-ci illərdən etibarən Türkiyədə təşkilatlanmağa başladı.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, gizli formada, güc strukturlarını, əksər dövlətin bütün qurumları ələ keçirmək üçün çalışdılar.
Məqsədlərinə çata bilməyəcəklərini anladıqda isə açıq formada mübarizəyə başladılar. 2016-ildə Türkiyə Böyük Millət məclisi bombalandı. Baş qərargah rəisi ələ keçirildi. Kazarmalardan çıxan tank və digər zirehli texnikalardan xalqa atəş açdılar. Qərbin dedikləri ilə razılaşmayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq lazım idi. Lakin unutduqları bir məqam vardı. Xalqın öz iqtidarına, liderinə olan sevgisi. Qaranlıq dairələr məhz bu məqamı ciddi amil kimi nəzərə almamışdılar.
Siyasi şərhçi Güngör Yavuzaslan bildirir ki, FETO-nu Türkiyədə hakimiyyətə gətirə bilməyən QƏRB, bu dəfə prezident seçkilərində Kılıçdaroğluya açıq şəkildə dəstək verdi.
Politoloq Telman Nüsrətoğlu isə bildirib ki bu gün Azərbaycanda da FETÖ terror təşkilatı və onun təsir imkanlarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Politoloq vurğulayıb ki Azərbaycanda FETÖ təsiri altında olan bütün məktəblər bağlandı, qurumlar ləğv edildi. Lakin unutmaq olmaz ki bu terror təşkilatı, arxasında böyük güclər dayanır. Həmdə onların müxtəlif xüsusi xidmət orqanları ilə əlaqələri mövcuddur.
"Bu isə Azərbaycan və Türk dünyası üçün heç sübhəsiz ki birbaşa təhlükəsizlik problemi deməkdir."
Onun sözlərinə görə, Türkiyə, Azərbaycan və ümumilikdə bütün türk dünyası bu terror təşkilatı ilə mübarizədə, birgə informasiya mübadiləsində iştirak etməli və onların şəbəkələri isə ciddi şəkildə izlənilməlidir.
Ekspertlər hesab edir ki, FETO-ya qarşı əməliyyatlar aparılsada terror təşkilatı bu gündə geniş şəbəkəyə malikdir və Azərbaycanda hüquq mühafizə orqanlarının son vaxtlar həyata keçiridikləri əməliyyatlardan sonra ABŞ mediasında ölkəmizə qarşı hücumların arması da təsadüfü sayıla bilməz.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: