Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda piyada zolağı problemi böyüyür - VİDEO

Bakıda piyada zolağı problemi böyüyür - VİDEO

Tarix: 14 Avqust 2023 14:20

Paytaxtın Bakıxanov qəsəbəsində bir yol var ki, piyadaları təngə gətirib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər paytaxtın Bakıxanov qəsəbəsi Şamil Kamilov küçəsindəndir. Yaxınlıqda çoxsaylı yaşayış binalarının, məktəbin və böyük ticarət mərkəzinin olmasına baxmayaraq piyadaların rahat hərəkəti üçün lazımi infrastruktur yoxdur.

Sakinlərin sözlərinə görə, ərazidə avtobus dayanacağı var. Amma piyada zolağının olmaması insaların yolun digər hissəsinə keçidini çətinləşdirir.

Sürücülər də bu yolda hər gün təhlükə ilə üz-üzə qaldıqlarını bildirirlər.

"Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik."

Qurumdan bildirildi ki, qeyd olunan əraziyə baxış keçiriləcək. Piyadaların təhlüksizliyinin təmin edilməsi istiqamətində işlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda piyada zolağı problemi böyüyür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ