Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sənətini dəyişdi - Bundan sonra aktrisalıq etməyəcək - FOTO

Sənətini dəyişdi - Bundan sonra aktrisalıq etməyəcək - FOTO

Tarix: 14 Avqust 2023 16:54

Dünyaşöhrətli aktrisa Ancelina Coli artıq aktrisalıq etməyəcək.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, Coli bundan sonra musiqili ekran işinə prodüserlik edəcəyini açıqlayıb. 

Belə ki, karyerasında yeni yola çıxmağa hazırlaşan aktrisa daha öncəki açıqlamalarında öz brendinə fokuslanmaq istədiyini bildirmişdi. 

Məlumata görə, Ancelina Coli "The Outsiders" adlı Brodvey musiqili filminin prodüseri olacaq. "The Outsiders" S. E. Hintonun romanı və Frensis Ford Koppolanın eyniadlı filmi əsasında çəkiləcək. Filmdə baş rolları Tom Kruz, Diane Leyn, Rob Lou, Patrick Suayze oynayıb. Musiqili ekran işində isə kimin rol alacağı hələ açıqlanmayıb.

Coli mövzu ilə bağlı danışarkən, "Ümid edirəm ki, bu inanılmaz komandadan həm çox şey öyrənə, həm də töhfə verə bilərəm", - deyib. 

Qeyd edək ki, 48 yaşlı Ancelina Coli aktrisalıq karyerasına 1982-ci ildə çəkildiyi Lookin' to Get Out (Çıxış yolu axtarışında) filmi ilə başlayıb. Bundan sonra bir çox filmlərdə əsas qəhrəmanı canlandıran aktrisa Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibi və Emmi mükafatına layiq görülüb. 

Milli.Az


Etiketlər:  Sənətini dəyişdi Bundan sonra aktrisalıq etməyəcək FOTO


RƏYLƏR