Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2023 08:54
Yeni Zelandiya hökuməti avqustun 15-dən etibarən koronavirus səbəbiylə bütün karantin məhdudiyyətlərini ləğv edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Səhiyyə naziri Ayeşa Verrall bildirib ki, COVID-19-un ümumi yoluxma səviyyəsi və xəstəliyə görə xəstəxanaya yerləşdirilmələrin sayı iyun ayının əvvəlindən azalır.
Onun sözlərinə görə, son bir ayda ölkədə COVID-19-a yoluxma hallarının sayı ən aşağı səviyyəyə çatıb. Belə ki, avqustun 14-də xəstəxanaya daxil olanların 2,2 %-i COVID-19 infeksiyasına yoluxub.